AZ

İranın Ali Rəhbəri Rusiyada müalicə alır? - RƏSMİ AÇIQLAMA

Kreml İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin gizli şəkildə Rusiyaya aparılması barədə informasiyaları şərh etməyib.

“Yeni Sabah” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumatı nə təsdiqləyib, nə də təkzib edib.

“Bilirsiniz... bu cür məlumatları biz ümumiyyətlə şərh etmirik”, - D.Peskov bildirib.

Qeyd edək ki, “Al-Jarida” qəzeti iddia edib ki, Müctəba Xameneinin Rusiyanın paytaxtına aparılması əməliyyatı ən yüksək məxfilik şəraitində həyata keçirilib. Nəşrin yüksək vəzifəli mənbəsinin sözlərinə görə, 28 fevral tarixində hava zərbələri zamanı yaralandığı deyilən yeni Ali Rəhbər Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.

Mənbənin iddiasına əsasən, onun Rusiya ərazisində müalicə olunması təşəbbüsü Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. Bildirilib ki, Putin bu variantı İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı təklif edib.

İddiaya görə, Xamenei hazırda Rusiyadakı prezident saraylarından birinin ərazisində yerləşən ixtisaslaşmış tibb müəssisəsindədir.

Qeyd edək ki, nəşrin materialında bu iddiaları təsdiqləyən heç bir sübut və ya rəsmi şəxslərə istinad təqdim olunmayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
5
yenisabah.az

1Mənbələr