AZ

İsraildə raket hücumları nəticəsində xəstəxanalara yerləşdirilənlərin sayı 3,4 minə çatıb

İsraildə raket hücumları nəticəsində xəstəxanalara yerləşdirilənlərin sayı 3,4 minə çatıb

Fevralın 28-dən etibarən İran və Livan ərazisindən intensivləşən raket hücumları nəticəsində İsraildə 3 369 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara təxliyə edilib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Rəsmi açıqlamaya görə, hərbi əməliyyatın başladığı gündən martın 16-sı yerli vaxtla saat 07:00-dək davam edən müddətdə tibbi müəssisələrə müraciət edən şəxslərdən 81-i hazırda stasionar müalicə altındadır. Yaralılardan birinin vəziyyəti kritik, yeddisinin vəziyyəti ağır, 14 nəfərin durumu isə orta-ağır olaraq qiymətləndirilir. Digər 59 nəfərin səhhəti nisbətən qənaətbəxşdir.

Seçilən
30
afn.az

1Mənbələr