İsrail Müdafiə Qüvvələri (İMQ) İrandakı hədəflərə qarşı genişmiqyaslı zərbələr seriyasının başladığını elan etdi. Bu barədə İMQ mətbuat xidməti 16 martda məlumat verib.
İMQ-nin məlumatına görə, zərbələr Tehran, Şiraz və Təbrizdəki İran rejiminin infrastrukturunu hədəf alır.
İMQ-nin rəsmi Telegram kanalında dərc olunmuş açıqlamada deyilir: "İMQ Tehran, Şiraz və Təbrizdəki İran rejiminin infrastrukturuna qarşı genişmiqyaslı zərbələr seriyasına başlayıb".
Əməliyyatın əlavə təfərrüatları hazırda verilmir.
Əziz MUSTAFA