AZ

Zabratda zəncirvari qəza 4 avtomobil toqquşdu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-CN-230 dövlət nömrə nişanlı “Mercedes” markalı, “Volkswagen” markalı, “Nissan” markalı və “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, əraziyə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
avtosfer.az

1Mənbələr