AZ

İrana qarşı şişirdilmiş “kürd kartı” ABŞ İsrail koalisiyası yeni cəbhə aça biləcəkmi?

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda kürd silahlı qruplarının potensial “quru qüvvəsi” kimi istifadə olunması barədə məlumatlar yayılıb. Qərb mediası bu istiqamətdə danışıqların aparıldığını bildirir, lakin rəsmi Vaşinqton planların artıq razılaşdırıldığı barədə xəbərləri təkzib edir.

Əsasən İraqda fəaliyyət göstərən kürd silahlı dəstələr ABŞ və İsrail tərəfindən İran ərazisində üsyan təşkil etmək və sərhəd hücumları üçün potensial quru qüvvəsi kimi nəzərdən keçirilir. Planın həyata keçirilməsi halında həmin qüvvələr ABŞ və İsrail aviasiyasının dəstəyi ilə hərəkət etməlidir. Bununla bağlı, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanındakı “anti-hökumət qruplarının mövqelərinin” raket, pilotsuz aparat və artilleriya ilə vurulduğunu açıqlayıb.

Qərb mediasının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda iki kürd qruplaşmasının liderləri ilə telefon danışığı aparıb və onlara hava dəstəyi vəd edib. ABŞ-ın məqsədi İran ordusu və SEPAH qüvvələrini cəlb edərək onların imkanlarını zəiflətmək, həmçinin şimal-qərbdə “bufer zona” yaratmaqdır. Bunun İran daxilində etirazların artmasına və hakimiyyətin zəifləməsinə səbəb ola biləcəyi bildirilir.

Rəsmi Ağ Ev bu məlumatları “tamamilə yalan” adlandırıb. Ekspertlər bildirirlər ki, uzunmüddətli zəmanət olmadan kürd qüvvələri bu münaqişədə “top yemi” ola bilər.

Vaşinqtonun əsas ümid etdiyi kürd qrupları

ABŞ planlarında əsas rol İran Kürdüstanı Demokrat Partiyası və Kürdüstan Azadlıq Partiyasına verilir. Bu qruplar İraqın Ərbil şəhərində ABŞ bazalarında hazırlıq keçirlər. Məqsəd onların İran ərazisinə keçərək yeni cəbhə açmasıdır.

ABŞ və kürdlərin əməkdaşlıq tarixi ziddiyyətlidir. 1991-ci ildə Fars körfəzi müharibəsindən sonra kürdlər üsyana təşviq olunsa da, ABŞ onları Səddam Hüseyn ordusundan qorumadı. Suriyada isə ABŞ əvvəllər PYD və YPG terror qruplaşmaları ilə əməkdaşlıq etsə də, yeni Suriya hökumətinə güvənərək kürdlərə münasibətini dəyişib. 2026-cı ilin yanvarında Suriyada kürd muxtariyyəti ləğv olunub və ABŞ qoşunları ölkədən çıxarılıb.

Kürd qüvvələrinin potensialı və şübhələr

Ekspertlər hesab edir ki, İraq və İran kürd partiyaları təkbaşına böyük əməliyyat apara bilməz. Lakin sərhəd boyunca minlərlə döyüşçüyə malikdirlər və İraqın strateji bölgələrinə nəzarət edirlər. ABŞ və İsrail aviasiyasının dəstəyi ilə bu qüvvələr İran ordusu üçün problemlər yarada bilər, lakin real olaraq hakimiyyəti devirmək gücündə deyillər. Əsas problemlərdən biri kürd təşkilatları arasında və İran müxalifətindəki fikir ayrılığıdır.

İraq hökuməti isə Tehranla münasibətlərini nəzərə alaraq, İraq Kürdüstanından iranlı kürd silahlı dəstələrinin sərhədi keçməsinə icazə verməməyi tələb edib. Regional rəhbərlər isə neytral mövqe saxlayırlar. Hazırkı mərhələdə kürd qüvvələrinin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlarda iştirakı qeyri-müəyyən olaraq qalır.

Rasim Əliyev AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
azpolitika.info

1Mənbələr