AZ

AQTİ yeni standart və xidmətlər təklif edir

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) AZS ISO/IEC 17021-1:2021 standartının tələblərinə uyğun olaraq, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib. Həmin akkreditasiya instituta AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri – qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” dövlət standartı üzrə idarəetmə sistemlərinin sertifikatlaşdırılması fəaliyyətini həyata keçirmək səlahiyyəti verir.

AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Hafta.az-a verilən məlumata görə, həmin standart üzrə sertifikatlaşdırma prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə sahibkar müraciət forması və ərizəni dolduraraq instituta təqdim edir. Daha sonra daxil olan müraciət təhlil olunur, sənədlər yoxlanılır və sifarişçiyə qiymət təklifi ilə müqavilə təqdim edilir.

AZS ISO 22000:2022 sertifikatlaşdırmasının növbəti mərhələsində müəssisədə tətbiq olunan qida təhlükəsizliyi idarəetmə sistemi yerində qiymətləndirilir, onun effektivliyi və standartın tələblərinə uyğunluğu yoxlanılır.

Audit və qiymətləndirmə nəticələrinə əsasən, tələblərə cavab verən müəssisələrə Sertifikatlaşdırma Komitəsinin qərarı ilə 3 il müddətinə uyğunluq sertifikatı təqdim edilir. Sertifikatın qüvvədə olduğu müddətdə illik nəzarət auditləri vasitəsilə sistemin davamlı uyğunluğu təmin olunur.

İnstitiut tərəfindən AZS ISO 22000:2022 üzrə sertifikatlaşdırma qida məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanılması və dövriyyəsi ilə məşğul olan bütün müəssisələr üçün nəzərdə tutulur. Həmin xidmət qida zəncirində iştirak edən müəssisələrin fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, istehlakçı etibarının artmasına və ixrac imkanlarının genişlənməsinə töhfə verir.

Sertifikatlaşdırma xidmətləri və prosedurları haqqında daha ətraflı məlumatı AQTİ-nin rəsmi internet səhifəsindən

(afsi.gov.az)

əldə etmək mümkündür.

Seçilən
23
12
hafta.az

10Mənbələr