AZ

Qvineyalı nazir: Ölkəmizdə “ASAN xidmət” modelinin tətbiqi bizi çox həvəsləndirir

Bakı, 16 mart, AZƏRTAC

Qvineyada dövlət xidmətlərinin təkmilləşdirilməsi və müasirləşdirilməsində “ASAN xidmət” modelinin tətbiqi bizi çox həvəsləndirir. Azərbaycanın bu uğurlu modelinin eyni səviyyədə ölkəmizdə də tətbiq olunacağına əminəm.

AZƏRTAC xəbər verir ki, bunu Qvineyanın inzibati modernləşdirmə və dövlət xidməti naziri Faya Fransua Buruno deyib.

“Bu gün imzalanan sazişə gəldikdə, hesab edirəm ki, ölkələrimizin maraqlarına cavab verən çox məhsuldar əməkdaşlığa nail olacağıq. Biz artıq bu vacib bilik və bacarıqları əldə etməyə başlamışıq. Üzərimizə düşən öhdəlikləri lazımi səviyyədə həyata keçirəcəyik. Bir halda ki, Azərbaycanda bu islahat həyata keçirildi və uğurlu oldu əminəm ki, ölkəmizdə də bu islahat öz nəticəsini verəcək”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Qvineyanın inzibati modernləşdirmə və dövlət xidməti naziri Faya Fransua Burunonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş” imzalanıb.

Seçilən
36
2
azertag.az

3Mənbələr