ain.az bildirir, Mia.az saytına əsaslanaraq.
İspaniya İsrailə qarşı sərt mövqeyini növbəti dəfə nümayiş etdirib.
Mia.az xarici mətbuata istinadlıa xəbər verir ki, rəsmi Madrid artıq İsrailin Livana hücumlarını dayandırılması məqsədiylə BMT-yə müraciət edib.
Bu braədə İspaniyanın müdafiə naziri Marqarita Robles açıqlama verib. O, barədə Livandakı BMT sülhməramlı missiyası olan UNIFIL-də xidmət edən İspaniya kontingenti ilə keçirdiyi videokonfransda məlumat verib.
Nazir bildirib ki, UNIFIL-də təxminən 670 ispan əsgəri var: "İsrailin Livana qarşı hər gün 60-70 hücumu olur. "Hizbullah" da İsrailə qarşı artilleriya və dron hücumu edir. Bu səbəbdən ispan əsgərlərinin həyatına böyük təhlükə var. BMT İsrailin Livandakı hücumlarını dayandırmaqla yanaşı, buradakı sülhməramlıların fəaliyyətini təmin etməlidir. Biz bu məqsədlə BMT-yə müraciət etmişik".
Firudin Səfərli
MİA.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.