AZ

TƏBİB uşaqlarla oynayın deyir

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Uşaqların sosial bacarıqları onların cəmiyyətə uyğunlaşması, sağlam münasibətlər qurması və özünü düzgün ifadə etməsi üçün çox vacibdir. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, erkən yaşlardan etibarən ünsiyyət, dostluq bağı qurmaq, paylaşmaq, başqalarının hisslərini anlamaq və s. kimi bacarıqların inkişafı uşağın həm məktəb həyatında, həm də sonrakı dövrlədə ciddi rol oynayır.

Valideynlərin uşaqlarla keyfiyyətli vaxt keçirməsi, onların fikirlərini dinləməsi və müxtəlif sosial mühitlərdə (oyun, qrup fəaliyyətləri və s.) iştirakına şərait yaratması bu bacarıqların formalaşmasına müsbət təsir göstərir. 

Sosial bacarıqları güclü olan uşaqlar özünə daha çox güvənir, problemləri daha asan həll edir və sağlam münasibətlər qurmağı bacarır.

Uşaqların sosial bacarıqları ən çox ailədə gördüyü ünsiyyət və münasibətlərin içində formalaşır. 

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr