AZ

İsveç səfirliyini Tehrandan Bakıya köçürdü

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveçin İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirir.

Oxu.Az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard sosial şəbəkə hesabındakı paylaşımında deyilir.

"Təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq, İsveç Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyin isveçli əməkdaşlarını İrandan müvəqqəti olaraq təxliyə etmək qərarına gəlib. Səfirlik fəaliyyətini Bakıda davam etdirir.

Tehranda təhlükəsizliklə bağlı vəziyyət qeyri-müəyyən olaraq qalır. Xarici İşlər Nazirliyi 2022-ci ildən bəri İrana bütün səfərlərdən çəkinməyi tövsiyə edib və İsveç vətəndaşlarını bu ölkəni tərk etməyə çağırır", - deyə nazir bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
oxu.az

1Mənbələr