ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Gənc oyunçuların öz klublarında daha çox şans qazanması üçün AFFA ilə hər hansı danışığımız olmayıb".
Oxu.Az xəbər verir ki, bunu 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni təyin olunmuş baş məşqçisi Rui Jorje deyib.
O bildirib ki, hal-hazırda bununla bağlı danışıq və ya təklifi olmayıb:
"Çempionatla tanışam, təcrübəmə əsasən deyə bilərəm ki, futbolçuların yetişməsində klubların rolu önəmlidir. Azərbaycan millisinin Portuqaliya yığması ilə eyni olmadığını və futbolçuların da eyni olmadığını çox yaxşı bilirəm. Amma onu deyə bilərəm ki, Portuqaliya U-21 ilə uğur qazanan zaman dünya reytinqində 19-cu yerdə idi. Avropa reytinqində isə üçüncü sırada idi. Bu, futbolçuların keyfiyyətindən söz açır. Bizim əsas məqsədimiz bunu əldə etməkdir".
"Federasiya ilə danışıqlardan öncə Azərbaycanın U-19 yığmasının oyunlarını izləmişəm. Bu, Malta, Polşa ilə matçlar idi", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.