AZ

Premyer Liqa klubu sabiq oyunçusunu qaytarır

“Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson “Nyukasl”a qayıda bilər.

Msport.az xəbər verir ki, “Nyukasl” ingiltərəli futbolçunu yayda transfer edə bilər.

Klubun yarımmüdafiəçini Bruno Gimarayeşin və ya, Sandro Tonalinin əvəzedicisi kimi gördüyü bildirilir.

Anderson 2024-cü ilin iyul ayında “Nyukasl”dan “Nottingem Forest”ə keçib. O, bu mövsüm bütün turnirlərdə 38 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. 23 yaşlı futbolçunun “Nottingem Forest”lə hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Seçilən
7
msport.az

1Mənbələr