AZ

Xəbərimiz olmadan orqanizmi məhvə aparan vərdişlər açıqlandı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gündəlik həyatımızda insanlar tez-tez əhəmiyyət vermədiyi, lakin uzun müddətdə sağlamlığa ciddi zərər verə biləcək vərdişlərə sahib ola bilirlər. Əsas zərərli vərdişlər sırasında balanssız qidalanma, kifayət qədər fiziki aktivliyin olmaması, siqaret və spirt istifadəsi, yuxu rejiminin pozulması və stressin düzgün idarə edilməməsi var. Bu vərdişlər orqanizmə müxtəlif mexanizmlərlə təsir edir, məsələn, qida və hərəkətsizlik lipid və qlükoz metabolizmini pozaraq piylənmə, diabet və ürək-damar xəstəliklərinə yol açır, siqaret və spirt qaraciyər, ağciyər və damar sisteminə ziyan vurur. Yuxu çatışmazlığı və davamlı stress isə hormonal balansı poza və immun sistemini zəiflədə bilər. Nəticədə, bu vərdişlər xroniki xəstəliklərin yaranma riskini əhəmiyyətli dərəcədə artırır.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, zərərli vərdişlər çoxdur və təbii ki, gündəlik həyat tərzində geniş yayılıb. "Bunların ən çox rast gəlinənləri siqaret çəkmə və alkoqol qəbulu olub, həm böyüklər, həm də uşaqlar və yeniyetmələr arasında müşahidə edilir. Uşaqlarda son vaxtlar "fast-food" yeməklərinə meyllilik artıb. Bu vərdişlərin hamısı insan sağlamlığına mənfi təsir göstərir və xroniki xəstəliklərin yaranma riskini artırır. Uşaqlarda "fast-food" yeməklərinə meyllilik hormonal disbalans, avitaminoz, mədə-bağırsaq xəstəlikləri və hətta qurd invaziyalarına səbəb ola bilər".Ekspert bildirib ki, böyüklərdə isə siqaret çəkmə və alkoqol qəbulu ciddi sağlamlıq problemlərinə yol açır. "Siqaret çəkmək ağciyərlərin xroniki obstruktiv xəstəliyi, astma və digər tənəffüs xəstəliklərinin yaranmasına şərait yaradır. Alkoqol qəbulu isə xroniki alkoqolizm və alkoqol hepatiti kimi qaraciyərin zədələnməsi ilə nəticələnən xəstəliklərə səbəb olur. Gündəlik həyat tərzində insanlara tövsiyə olunur ki, zərərli vərdişlərdən uzaq durmaqla yanaşı, yeriş və yürüş kimi aktiv hərəkətlərə, təmiz havada daha çox vaxt keçirməyə üstünlük versinlər".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
demokrat.az

1Mənbələr