AZ

Müctəba Xamenei Moskvadadır? – Kremldən qəribə CAVAB

Rusiya İranın yeni Ali rəhbəri Müctəba Xamenei ilə bağlı iddialara münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

O, Xameneinin müalicə üçün Moskvaya gəlməsi haqda verilən suala belə reaksiya verib: "Biz bu cür xəbərlərə münasibət bildirmirik".

Qeyd edək ki, mediada Müctəba Xameneinin fevralın 28-də yaralandıqdan sonra Rusiya hərbi təyyarəsində məxfi şəkildə Moskvaya aparıldığı yazılmışdı.

Paralel olaraq, İranın xarici işlər naziri Abbas Əraqçi "Al Araby Al Jadeed"ə müsahibəsində Müctəba Xameneinin səhhətinin yaxşı olduğunu və ölkədəki vəziyyətə tam nəzarət etdiyini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr