AZ

Ofeliya Sənaninin cavanlıq SİRRİ

Tanınmış aparıcı Tamilla Ələkbərova Azərbaycan Respublikasının Xalq artisti Ofeliya Sənaninin gənc qalma səbəbindən danışıb.

Milli.Az xəbər verir ki, o, bu barədə maraqlı açıqlama verib:

"Biz yol yoldaşı olmuşuq. Ofeliya xanımla bir otaqda qalırdım. Ona həsəd aparırdım. Səhər oyanırdı, başlayırdı idmana. Deyirdi, gəl, uzan yanımda idman edək. Gəzirdik, hamıdan qabaqda birinci gedirdi. İşə gəlirdi, soyuqda. Deyirdim, gəl bir çay dəmləyim. Gedirdi, hamı ilə görüşürdü. Rəhmətlik Valid isə (həyat yoldaşı, ssenarist Valid Sənani - red.) dayanırdı maşında, heç nə demirdi. Biz diktorların hamımızın həyat yoldaşı gözəl olub, amma Valid tam başqa idi. Ofeliyaya heç vaxt nəsə deməzdi. Ona görə də indi Ofeliya 85 yaşına çatıb".

Milli.Az

Seçilən
24
3
milli.az

4Mənbələr