AZ

“Çin tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırır”

Yazını böyüt
Yazını kiçilt

“Çin bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, gərginliyin daha da artmasına imkan verməməyə və regional qeyri-sabitliyin qlobal iqtisadi inkişafa daha da təsir etməsinin qarşısını almağa çağırır”.

Hafta.az yazır ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian bu gün nazirliyin müntəzəm mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Çinli diplomat bildirib ki, ABŞ prezidenti Donald Trampın Çinə gözlənilən səfəri haqda da danışıb. Bildrib ki, bu müstəvidə iki ölkənin əlaqədar orqanları arasında təmaslar var.

Lin Cian bildirib ki, dövlət başçılarının diplomatiyası Çin-ABŞ münasibətlərində əvəzolunmaz strateji istiqamətləndirici rol oynayır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qazaxıstanda keçirilən konstitusiya referendumuna da toxunub. O, ölkəsi adından Qazaxıstanı yeni konstitusiya layihəsi üzrə uğurlu referendum münasibətilə təbrik edib.

Lin Cian bildirib ki, Çin dost qonşu və hərtərəfli strateji tərəfdaş kimi Qazaxıstanın uzunmüddətli sülh və sabitliyi, eləcə də sosial inkişaf və rifahı qoruyub saxlamasından məmnundur.

O bildirib ki, Çin Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi altında Qazaxıstanın dövlət quruculuğunda yeni və daha böyük uğurlar qazanacağına, ədalətli Qazaxıstan qurmaq kimi böyük məqsədə uğurla nail olacağına əmindir.

Pekinin Çin-Qazaxıstan münasibətlərinin inkişafına həmişə böyük əhəmiyyət verdiyini qeyd edən Lin Cian əlavə edib ki, Çin iki liderin əldə etdiyi vacib konsensusa sədaqətlə əməl etmək, hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək və ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq üçün Qazaxıstanla birlikdə çalışmağa hazırdır.

Seçilən
13
hafta.az

1Mənbələr