AZ

"Rusiya ABŞ və İran arasında yaranmış gərginlikdə vasitəçi olmağa hazırdır" - Lavrov

"Rusiya ABŞ və İran arasında yaranmış gərginlikdə vasitəçi olmağa hazırdır".

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Keniyanın xarici işlər naziri Musaliya Mudavadi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya belə bir ehtiyac yaranacağı halda vasitəçi rolunu üzərinə götürməyə hazırdır və prezident Vladimir Putin bu barədə dəfələrlə açıqlama verib.

Lavrov qeyd edib ki, Rusiya tərəfi hərbi əməliyyatların dərhal dayandırılmasının və siyasi həll yollarının axtarılmasının tərəfdarıdır.

Nazir vurğulayıb ki, enerji infrastrukturuna, karbohidrogen daşıyan tankerlərə qarşı hücumlar və digər terror xarakterli addımlar diqqət cəlb etmək məqsədi daşısa da, onların nəticələri daha geniş miqyaslı olur. Onun sözlərinə görə, İrana qarşı endirilən zərbələrin nəticələri yalnız regional deyil, qlobal xarakter daşıyır.

Lavrov əlavə edib ki, İran ətrafında yaranmış münaqişənin hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətindir. O bildirib ki, vəziyyətin daha da gərginləşməməsi üçün dərhal atəşkəs əldə edilməli və tərəflər arasında dayanıqlı razılaşmalar hazırlanmalıdır. Nazir həmçinin İranın təhlükəsizliyinə zəmanət verilməsinin vacibliyini qeyd edib.

Nuriyyə NATİQQIZI

Seçilən
82
1
redaktor.az

2Mənbələr