AZ

KİV: Hindistan altı qaz tankerinin keçidi üçün İranla danışıqlar aparır

KİV: Hindistan altı qaz tankerinin keçidi üçün İranla danışıqlar aparır

Hindistan hökuməti Hörmüz boğazında qalmış və ümumilikdə 270 min ton maye qaz (LPG) daşıyan altı tankerin təhlükəsiz keçidini təmin etmək üçün İranla danışıqlar aparır.

AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, ölkədə yaranan kəskin yanacaq qıtlığı səbəbindən rəsmi Dehli bu yüklərin daşınmasına neft və digər enerji resurslarından daha çox üstünlük verir.

Hindistanın gündəlik maye qaz istehlakı təxminən 92 min ton təşkil edir. Mövcud qıtlıq artıq ölkə daxilində ciddi fəsadlara yol açıb; "Financial Times"ın məlumatına görə, qaz çatışmazlığı restoranların və krematoriyaların fəaliyyətində fasilələr yaradıb.

Martın 14-nə olan məlumata əsasən, Fars körfəzi bölgəsində Hindistan bayrağı altında üzən 22 gəmi və 611 dənizçi hələ də blokada şəraitində qalmaqdadır. Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları Nazirliyinin nümayəndəsi Raceş Kumar Sinha bildirib ki, diplomatik səylər nəticəsində artıq iki qaz tankeri — "Shivalik" və "Nanda Devi" boğazı keçərək Hindistan sahillərinə doğru hərəkət etməyə başlayıb. Bu gəmilər martın 16-sı və 17-də Hindistan limanlarına çatmalıdır.

Seçilən
27
afn.az

1Mənbələr