AZ

"Qalatasaray" Argentina millisinin üzvü üçün təklif göndərdi

"Atletiko Paranaense"nin yarımmüdafiəçisi Bruno Sapelli karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" argentinalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "RTI Esporte" məlumat yayıb.

İstanbul nəhəngi Sapelli üçün 6 milyon avroluq təklif göndərib. Braziliya klubunun prezidenti Mario Selso Patraqlia isə 23 yaşlı hücumameyilli yarımmüdafiəçisi üçün 15 milyon avro tələb edib.

Qeyd edək ki, "Atletiko Paranaense" Bruno Sapellini 2023-cü ilin yayında ölkəsinin "Berqrano" klubundan 4 milyon avroya transfer edib. Argentina millisinə dəvət alan oyunçu nbu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
28
1
sportal.az

2Mənbələr