Tanınmış aparıcı ağır XƏSARƏT ALIB
Ajans.az yerli mediaya istinadən xəbər verir ki,aparıcı Sankt-Peterburqda hava şəraitini elektrik skuterinin üzərində bir ayağı ilə dayanaraq təqdim edərkən tarazlığını itirib və yıxılıb. O, yıxılarkən başını qranit plitəyə vurub. Hadisədən sonra Dormidontov özünü yaxşı hiss etdiyini bildirib. Onun sözlərinə görə, hazırda heç bir ağrı hiss etmir. “Heç bir yerim ağrımır və qəribədir ki, ağrımır. Amma ağrımalıdır. Ağrımalıdırmı? Ağrımalıdır. Amma ağrımır”, – deyə aparıcı bildirib. O, həmçinin Sankt-Peterburq sakinlərini elektrik skuterlərindən istifadə edərkən ehtiyatlı olmağa çağırıb və bu nəqliyyat vasitələrinin kifayət qədər ağır olduğunu qeyd edib.