“Mançester Siti”nin hücumçusu Erlinq Haland gələcəkdə klubunu dəyişə bilər.
İdmanxeber.az xəbər verir ki, norveçli forvard 2027-ci ilin yayında komandadan ayrılmaq istədiyini rəhbərliyə bildirib. Bununla belə, 25 yaşlı futbolçu qarşıdakı yay “Mançester Siti”ni tərk etməyəcək.
Halanda əsas namizəd kimi “Real” göstərilir. “Barselona”nın da onunla maraqlandığı bildirilir.