AZ

MİDA-nın evlərini ucuz qiymətə satacağı ilə bağlı yalan vəd verən şəxsə hökm oxundu

Bir neçə vətəndaşa MİDA-nın evlərini ucuz qiymətə satacağı ilə bağlı yalan vəd verərək dələduzluqda təqsirləndirilən Zamin Abdullayevə hökm oxunub. 

"Unikal"ın verdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsindən 178.2.2-ci (dələduzluq-təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə tövsif edilib. Təqsirləndirilən şəxsə yekun olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. 

Xatırladaq ki, dövlət ittihamçısı Orxan Mehdiyev məhkəməyə təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Qeyd edək, iş üzrə 3 zərərçəkmiş var və ümumi dəymiş ziyan isə 68 min manatdır.

Orxan Rasifoğlu

Seçilən
57
4
unikal.az

7Mənbələr