AZ

KİV: ABŞ gəmiçilik bərpa olunana qədər İrandakı əməliyyatı dayandırmayacaq

KİV: ABŞ gəmiçilik bərpa olunana qədər İrandakı əməliyyatı dayandırmayacaq

Vaşinqton regionda dəniz gəmiçiliyinin maneəsiz hərəkəti tam bərpa olunmayana qədər İrana qarşı hərbi əməliyyatları dayandırmaq niyyətində deyil.

AFN.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən "Axios" portalı məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Fars körfəzində naviqasiya problemləri davam etdiyi və Meksika körfəzindən neft tədarükünü artırmaq imkanları məhdud olduğu üçün ABŞ administrasiyası, hətta istəsə belə, hazırkı mərhələdə əməliyyatı bitirə bilməz.

Xatırladaq ki, martın əvvəlində İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dünya neft ixracının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazının ABŞ və İsrailin hərbi hərəkətlərinə görə bağlanacağı barədə xəbərdarlıq etmişdi. Daha sonra İranın ali rəhbərliyi bəyan edib ki, Tehran rəqiblərinə təzyiq göstərmək üçün boğazı bağlamaq imkanlarını qoruyub saxlamalıdır. ABŞ Prezidenti Donald Tramp isə boğazın açılması və gəmiçiliyin təhlükəsizliyi üçün beynəlxalq koalisiya formalaşdırmaq üzərində işlədiyini bildirib.

Seçilən
31
afn.az

1Mənbələr