AZ

Xarici qüvvələr hakimiyyətləri belə dəyişdirir – Milyardlara başa gələn PLAN və SENSASİON SSENARİ

Son illər dünyanın müxtəlif regionlarında siyasi dəyişikliklərin tempi xeyli artıb. Bir sıra ölkələrdə hakimiyyətlərin dəyişməsi, erkən seçkilər və siyasi böhranlar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

Bir çox ölkədə hakimiyyət dəyişiklikləri niyə sürətlənib?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib:

Elşən

“İstər monarxiya, istərsə də respublika idarəediciliyinə malik dövlətlərdə hakimiyyət dəyişikliyi qanunvericiliklə təsbit olunmuş hüquqi prosesdir. Dövlət idarəediciliyindən asılı olaraq həmin ölkələrdə hakimiyyət birbaşa və ya dolayı seçkilər vasitəsilə müəyyənləşdirilir. Qanunvericilik seçkilərin hansı müddət ərzində keçirilməsini təsbit etdiyindən, həmin vaxt ərzində iqtidarda olan hakimiyyət legitim sayılır. Bununla belə, iqtidarda olduğu müddətdə hakimiyyətin legitimliyi geosiyasi, sosial-iqtisadi amillərə görə laxlayır”.

Politoloqun sözlərinə görə, bu faktordan hakimiyyətə iddialı olan əks siyasi elita və ya bəlli dövlətin ərazisinə, təbii sərvətlərinə yiyələnmək, tranzit dəhlizlərə və bazarlara çıxmaq istəyən geosiyasi güc mərkəzləri öz korporativ maraqlarının realizə edilməsi üçün istifadə edirlər.

“Son vaxtlarda əsasən Afrika, Asiya, Latın Amerikası və təbii ki, Yaxın Şərqdə baş verən dövlət çevrilişləri yeni dünya nizamı və bu geosiyasi konsepsiyaya fərqli mövqe və baxışlardan yanaşan güc mərkəzləri arasında yaşanan qarşıdurmadan irəli gəlir. ABŞ-ın birqütblü dünya ilə bağlı iddiaları digər geosiyasi güc mərkəzləri tərəfindən artıq qəbul olunmur.

Hazırda, Ukrayna ətrafında, Yaxın Şərqdə İranda, Latın Amerikasında və Venesuela ətrafında yaşanan qarşıdurma ABŞ-ın bu dövlətlərin daxili işlərinə müdaxilə edərək həyata keçirə bildiyi və hələ də, çalışdığı dövlət çevrilişləri ilə bağlıdır. ABŞ məlum ölkələrdə özünün birbaşa müdaxiləsi nəticəsində baş tutmuş dövlət çevrilişlərini guya ki, insan haqlarını, demokratik dəyərləri qorumaq, narkotrafikə qarşı mübarizənin zəruriliyi ilə izah etməyə (əslində ört basdır etməyə) çalışır. Beynəlxalq hüquqi normaların pozulması onun müttəfiqləri tərəfindən də etiraf olunur”, — deyə politoloq əlavə edib.

Elşən Manafov qeyd edib ki, ABŞ-ın Ukraynada dövlət çevrilişini meydan hərəkatı vasitəsilə 5 milyard dollar sərf edərək həyata keçirib. Gerçəkdə isə ABŞ bu ölkənin zəngin təbii sərvətlərinə yiyələnmək, onun ərazisindən Rusiyaya qarşı mübarizədə bufer dövlət kimi yararlanmaqdan irəli gəlir.
ABŞ-ın guya ki, narkotrafikə dəstək verən Venesuela prezidenti Maduronu təcavüz edərək ələ keçirməsi də, burada hakimiyyət dəyişikliyinə səbəb olub. Hərçənd, Venesuelanın dünyada neft ehtiyatlarının həcminə görə 1-ci yerdə olduğu bəllidir. Bu mənada Venesuela nefti üzərində nəzarəti həyata keçirən Tramp dünya enerji bazarlarında qiymətlərə təsir etmək, neftin dünyada ən böyük idxalatçısı olan Çinə qiymətləri yüksəltməklə zərbə vurmaq, enerji bazarlarına Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq istəyib”, — deyə politoloq vurğulayıb.

“İrana birbaşa təcavüzün əsas təşəbbüskarlarından olan Tramp burada da, siyasi rejimin devrilməsi, ABŞ-ın maraqlarına xidmət edəcək yeni siyasi elitanın formalaşdırılması ilə bağlı maraqlarını gizlətmir. İrana qarşı aparılan müharibənin gerçək səbəbi də, bu ölkənin siyasi rejiminin ABŞ-ın dünya nizamı ilə bağlı planlarına qəti olaraq yox deyən islamçı rejimin hərbi müdaxilə yolu ilə devrilməsidir”, — E. Manafov sonda deyib.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
32
1
konkret.az

2Mənbələr