Bloqer Lerçek şiddətli ağrılara görə gəzə bilmir, fəqərələri qırılıb və kəllə sümükləri zədələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Tanınmış bloqer Lerçek (Valeriya Çekalina) şiddətli ağrılara görə artıq gəzə bilmir. Onkologiya və metastazlar fonunda onun fəqərələri qırılıb və kəllə qübbəsinin sümükləri zədələnib.
Məlumata görə, xəstəliyin sürətlə inkişaf etməsi səbəbindən bloqerin bir gözü artıq görmə qabiliyyətini itirib.
Qarşıda onu beş şüa terapiyası seansı gözləyir ki, onlardan da birincisi bu gün həyata keçiriləcək.
Əlavə olaraq bildirilir ki, bloqerin səhhətindəki bu cür kəskin ağırlaşmalarla əlaqədar vəkilləri hərəkətə keçib.
Onlar Lerçekin tam sağalana qədər ona qarşı açılmış cinayət işinin icraatının dayandırılmasını xahiş edirlər.
Xuraman Etibarlı
İnterpress.az