AZ

WUF13 Radiospektrin idarə edilməsi portalı istifadəyə verilib

Bakı.Trend:

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)zamanı radiospektrin idarə olunmasını təmin etmək məqsədiləİnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) WUF13Azərbaycan Əməliyyat Şirkəti ilə əməkdaşlığı çərçivəsində xüsusiportal istifadəyə verilib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən(RİNN) məlumat verilib.

Bildirilib ki, mayın 17 – 22-də Bakıda keçiriləcək beynəlxalqtədbir zamanı istifadə olunacaq radioelektron avadanlıqların vətezliklərin koordinasiyası bu portal vasitəsilə həyatakeçiriləcək.

Portal vasitəsilə tədbirdə istifadə ediləcək müxtəliftezliklərdə çalışan bütün radioavadanlıqlar qeydiyyatdankeçiriləcək, müvafiq tezlik resursları ayrılacaq və avadanlıqlaretiketlənəcək. WUF13 tədbirində iştirak edəcək qonaqlar və medianümayəndələri istifadə edəcəkləri radioavadanlıqların qeydiyyatıüçün https://wuf13-e-permission.icta.az/portalına daxil olaraq müraciət etməlidirlər.

Qeyd edək ki, oxşar yanaşma daha əvvəl Bakıda keçirilmiş BMT-ninİqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) zamanı da tətbiq olunub. Həmintədbir çərçivəsində 280 təşkilatın istifadə etdiyi 4023radioelektron avadanlıq portal vasitəsilə qeydiyyatdan keçirilərəketiketlənib və radiospektrin səmərəli idarə olunması təminedilib.

Seçilən
7
14
az.trend.az

10Mənbələr