AZ

Gürcüstan Ukrayna və Moldovanı riyakarlıqda İTTİHAM ETDİ

Gürcüstan parlamentinin spikeri Ukrayna və Moldovanı sərt tənqid edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ATƏT-in Moskva Mexanizminin Konstitusiya Məhkəməsinin müxalifət partiyalarına qarşı iddiasını geri götürmək tövsiyəsini dəstəkləmələrini tənqid etdi.

Papuaşvili Ukrayna və Moldovanı riyakarlıqda ittiham edib.

O xatırladıb ki, son illərdə Ukraynada 22 siyasi partiya, Moldovada isə 3 partiya qadağan edilib. Özü də Moldovada qadağan edilən partiyalardan birinin fəaliyyəti seçkilərə cəmi iki gün qalmış ləğv olunub.

“İndi deyin görək, öz ölkələrində partiyaları qadağan edən Zelenski və Sandu bizə Konstitusiya Məhkəməsindən iddianı geri götürməyi deyəndə, biz bu tövsiyəni ciddiyə almalıyıqmı?” – Papuaşvili vurğulayıb.

Əlavə olaraq qeyd edək ki, Gürcüstan hökumətinin müxalifət partiyalarına qarşı atdığı hüquqi addımlar beynəlxalq təşkilatlar tərəfindən geniş müzakirə olunur.

Ölkə rəsmiləri isə bu məsələdə Qərb təsisatlarının və bəzi dövlətlərin mövqeyini ikili standart kimi dəyərləndirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
27
interpress.az

1Mənbələr