AZ

Trampın Çinə səfəri təxirə salına bilər

Trampın Çinə səfəri təxirə salına bilər

ABŞ Prezidenti Donald Trampın martın sonu - aprelin əvvəlinə planlaşdırılan Çin Xalq Respublikasına (ÇXR) rəsmi səfəri İrandakı hərbi əməliyyatlara görə təxirə salına bilər.

AFN.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt "Fox News" telekanalına müsahibəsində bildirib.

Levitt qeyd edib ki, İranda davam edən müharibə şəraiti səfər planlarında müəyyən düzəlişlər tələb edə bilər: "Görüşün özünün təhlükədə olduğunu düşünmürəm, lakin onun təxirə salınması tamamilə mümkündür. Hazırda liderlər səviyyəsində danışıqlar davam edir və əgər səfər təxirə salınarsa, yeni tarixlər barədə ən qısa zamanda məlumat veriləcək".

Mətbuat katibinin sözlərinə görə, bu, sadəcə zaman məsələsidir və hazırda dövlət başçısının əsas vəzifəsi hərbi əməliyyatın uğurla davam etdirilməsini təmin etməkdir. "Prezident baş komandan kimi hazırda 24/7 rejimində bu əməliyyatın idarə olunması ilə məşğuldur", – deyə o əlavə edib.

Seçilən
58
afn.az

1Mənbələr