AZ

İranda 61 mindən mənzil və ticarət obyektinə ziyan dəyib - Hökumət sözçüsü

Bakı. Trend:

28 fevraldan etibarən ABŞ və İsrailin İrana hərbi hava hücumlarınəticəsində 61 mindən çox mənzil və ticarət obyektinə ziyandəyib.

Trend-inməlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bugün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Tehran vilayətində təxminən 18,2 min ,ölkənin digər vilayətlərində isə 34,5 min mənzil və ticarətobyektinə ziyan dəyib.

Mohacerani deyib ki, müharibə başladıqdan bəri İranda 226 qadınölüb, 3 mindən çox qadın yaralanıb. 18 yaşdan aşağı ölənlərin sayı204 nəfər təşkil edib. Eyni zamanda əhiyyə xidmətinin 17 əməkdaşı,206 müəllim və şagird ölənlər, 154 nəfər isə yaralılararasındadır.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
18
2
az.trend.az

3Mənbələr