AZ

İlham Yadullayev: “Geriyə baxmaq olmaz, irəli boylanmalıyıq”

“Şahdağ Qusar”ı yaxşı təhlil etmişdik. Bilirdik ki, qış fasiləsindən sonra komanda uğurlu çıxış edir, xallar qazanır. Turnir cədvəlində bizdən öndədirlər. Qarşılaşmaya pis başlamadıq. Epizodlarımız oldu, istifadə edə bilmədik”.

Bu sözləri Birinci Liqa təmsilçisi MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.

49 yaşlı mütəxəssis komandasının “Şahdağ Qusar”la heç-heçə etdiyi oyun haqda fikirlərini bölüşüb:

“Birinci hissədə diqqətsizlikdən qapımızda qol gördük. İkinci yarıda futbolçularım əzmkarlıq göstərdi. Çalışırdıq qalib gələk, sonda bir xal qazandıq. Oyunçularım istəkli idi. Rəqibimiz də yaxşı mübarizə apardı. Qışdan sonra ilk dueldə heç-heçə etdik. Heyətimizə yeni futbolçular qatdıq. “Səbail” kimi güclü rəqibə qalib gəlmişik. Buna baxmayaraq, hələ istədiyimiz nəticəni əldə etməmişik. Qarşıda oyunlarımız var və turnir cədvəlindəki mövqeyimiz bizi razı salmır. İstəyirik daha üst pilləyə qalxaq. 3-cü dövrədə bizdən aşağıda və ya yuxarıda qərarlaşan komandalarla qarşılaşacağıq. Hər matça eyni hazırlaşırıq. Geriyə baxmaq olmaz, irəli boylanmalıyıq”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, MOİK “Şahdağ Qusar” qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Bu oyundan sonra ordu klubu 22 xalla 6-cı pillədə qərarlaşıb.

İdman.Biz
Seçilən
2
1
idman.biz

2Mənbələr