AZ

İspaniya BMT-ni İsrailə təzyiq göstərməyə çağırdı

İspaniya müdafiə naziri Marqarita Robles Birləşmiş Millətlər Təşkilatından (BMT) İsrailin Livana qarşı hücumlarını dayandırmasını tələb edib. 

"Cebheinfo.az" xəbər verir ki, Robles Livanda vəzifə yerinə yetirən BMT sülhməramlı missiyası UNIFIL-ə tabe olan İspaniya birliyi ilə videokonfrans vasitəsilə görüşüb. İspaniyanın rəsmi xəbər agentliyi "EFE"-nin yaydığı məlumata görə, nazir Robles UNIFIL tərkibində təxminən 670 ispan əsgərinin yerləşdirildiyini qeyd edib. 

İsrailin Livana, “Hizbullah”ın isə İsrailə qarşı gündə 60-70 artilleriya və hava hücumu təşkil etdiyi barədə məlumat verən “Robles” qarşıdurmalar səbəbindən ispan əsgərlərinin uzun saatlar boyu sığınacaqlarda qaldığını və vəziyyətdən narahat olduqlarını söyləyib. 

İspaniya Müdafiə Naziri Robles İsrailin Livandakı hücumlarını dayandırması və ölkədəki sülhməramlı missiyanın təhlükəsizliyinin təmin edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının İsrail qarşısında tələb qaldırmasını istəyib. 

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr