Bakı.Trend:
Son günlər bəzi özəl tədris mərkəzləri tərəfindən ETX-ninadından istifadə olunaraq kursların keçirilməsi barədəvətəndaşlardan məlumatlar daxil olmaqdadır.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumatverilib.
Müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələriözlərini ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumunstatusundan sui-istifadə hallarına yol verir və vətəndaşlaramüxtəlif ödənişli xidmətlər təklif edirlər.
Elektron Təhlükəsizlik Xidməti rəsmi olaraq bildirir ki, ETX hərhansı özəl təhsil mərkəzi və ya kursla kibertəhlükəsizliktəlimlərinin keçirilməsi istiqamətində əməkdaşlıq etmir. Qeydolunan fəaliyyətlərin ETX ilə heç bir təşkilati və ya hüquqiəlaqəsi mövcud deyil.
ETX-nin fəaliyyət istiqamətləri barədə məlumatlar qurumun rəsmiinternet səhifəsi və sosial media hesabları vasitəsiləpaylaşılır.
Vətəndaşlardan xahiş olunur ki, ETX-nin fəaliyyəti ilə bağlıməlumatları rəsmi mənbələrdən əldə etsinlər və bu kimi hallarlaqarşılaşdıqda 1654 qaynar xəttinə və ya [email protected] elektron poçtünvanına məlumat versinlər.