AZ

Yevlaxda bir ailənin iki övladının canını alan arxa görə məsuliyyət hansı qurumundur?

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yevlax şəhərində bir neçə gün öncə faciəli hadisə baş verib. Çirkab su arxına düşən 2024-cü il təvəllüdlü M.Bəkirov həyatını itirib. Bu, ailənin başına gələn ilk belə hadisə deyil. Belə ki, iki il əvvəl də ailənin digər azyaşlı övladı eyni arxa düşərək həyatını itirib.

Bəs görəsən, sözügedən ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi, kanalın açıq hissələrinin bağlanması və ya mühafizə baryerlərinin quraşdırılması ilə bağlı hər hansı iş aparılıbmı? Hazırda ərazidə analoji halların təkrarlanmaması üçün hansı addımların atılması nəzərdə tutulur? Ümumilikdə Yevlax şəhərində açıq su və çirkab kanallarının yaratdığı təhlükələrin aradan qaldırılması istiqamətində hansı işlər görülür?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisənin baş verdiyi Yevlax şəhəri Üzeyir Hacıbəyov küçəsinin bir hissəsi mərkəzləşdirilmiş fekal kanalizasiya sistemi ilə təmin olunsa da, küçənin digər hissəsində çirkab sularının axıdılması arxlar vasitəsilə həyata keçirilir:

"Həmin arxlara Yevlax Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən xidmət göstərilir.

Qeyd olunan əraziyə ADSEA tərəfindən yalnız içməli su xidməti göstərilir. Yevlax şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində hazırda şəhər ərazisində su təchizatı sistemlərinin yenidən qurulması işləri aparılır. Növbəti mərhələdə həmin ərazidə kanalizasiya sistemlərinin tikintisinə başlanılması nəzərdə tutulur".

Qeyd edək ki, məsələ ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyətinə də sorğu ünvanlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
oxu.az

1Mənbələr