AZ

MİDA-da ev almaq adı ilə vətəndaşları aldadan şəxsə hökm oxunub

Bir neçə vətəndaşa MİDA-nın evlərini ucuz qiymətə satacağı ilə bağlı yalan vəd verərək dələduzluqda təqsirləndirilən Zamin Abdullayevə hökm oxunub.

Ölkə.az-ın oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilərək təqsirləndirilən şəxsə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsindən 178.2.2-ci (dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə tövsif edilib. Təqsirləndirilən şəxsə yekun olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Xatırladaq ki, dövlət ittihamçısı Orxan Mehdiyev məhkəməyə təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Qeyd edək, iş üzrə üç zərərçəkmiş olub və ümumi dəymiş ziyan isə 68 min manat dəyərləndirilib.

Seçilən
27
4
olke.az

6Mənbələr