U-20 millimizin baş məşqçisi təyin olunan Rui Jorjenin köməkçiləri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu haqda mütəxəssis özü mətbuat konfransındakı açıqlamasında bildirib.
Portuqaliyalı məşqçiyə həmyerliləri Alexandro Silva və Romeo Almeyda kömək edəcəklər. Jorje uzun müddət bu məşqçilərlə işlədiyini də vurğulayıb.
Qeyd edək ki, AFFA Jorje ilə 1 il 7 aylıq müqavilə imzalayıb.
Xatırladaq ki, U-20 millimiz 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatında iştirak edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta