AZ

Dəhşətli hadisə: Ata 5 yaşlı oğlunu maşınla əzərək öldürdü

Sankt-Peterburqda tükürpədici hadisə baş verib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, 31 yaşlı şəxs xanımına məxsus avtomobili işə salarkən ehtiyatsızlıqdan 5 yaşlı oğlunun ölümünə səbəb olub.

Şahidlərin sözlərinə görə, azyaşlı velosipedini baqaja qoymaq üçün maşının arxasına keçibmiş. Həmin vaxt qəfil geriyə hərəkət edən nəqliyyat vasitəsi uşağa dəyib və o, avtomobilin altına düşüb. Nəticədə uşaq ciddi xəsarət alıb.

Hadisə yerinə təcili yardım çağırılsa da, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb. Övladının ölümünə səbəb olan ata dindiriləndən sonra polis nəzarətinə verilməklə, sərbəst buraxılıb.

Seçilən
28
publika.az

1Mənbələr