AZ

“Hücum əməliyyatlarımız boğulub” “İtkilərimiz əvvəlkindən xeyli çoxdur, çünki...”

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyanın Ukraynadakı kütləvi canlı qüvvə itkilərini artıq Kremlə ən yaxın “hərbi bloqerlər” və təbliğatçılar da gizlədə bilmirlər.

“Əgər biz itkiləri minimuma endirməyə çalışmasaq, bizdə insan resursları çatışmayacaq”.

“AzPolitika” xəbər verir ki, bunu son efirində tanınmış rusiyalı hərbi şərhçi Yuri Podolyaka deyib.

O qeyd edib ki, Ukraynaya getmək üçün Rusiya Müdafiə Nazirliyi ilə bağlanan müqavilələrdə nəzərdə tutulan məbləğlərin yenidən artırılması orduda canlı qüvvə çatışmazlığını göstərir: “Komandanlıq canlı qüvvəni irəli itələyir, çünki onlar yuxarı vəzifəli şəxslərə hesabat verməlidirlər və s. Buna görə də itkilərimiz əvvəlkindən xeyli çoxdur”.

Onun sözlərinə görə, rus komandirləri “kiçik bir kəndi ələ keçirmək üçün çoxlu insan öldürə bilər” və bununla da rəhbərlərinə “uğurlarını” nümayiş etdirə bilərlər. O qeyd edib ki, elə kiçik kəndlər var ki, onların uğrunda ölənlərin sayı vaxtilə orada yaşamış sakinlərin sayını dəfələrlə üstələyir: "Təxminən altı aydır ki, hücum əməliyyatı aparırıq. Düzünü desək, o artıq boğulub və indi operativ fasilə var. İtkiləri saymamışam, amma çoxdur. İkinci problem yerdəki yalanlardır. Onlar hansısa əraziyə daxil olur, bayraq dalğalandırırlar, sanki biz oraya artıq nəzarət edirik. Bizim oranı idarə edib-etməməyimizi heç kim bilmir. Biz uğura öyrəşmişik və insanlar da buna öyrəşiblər, amma düşmənin taktikaları hərəkətlərimizə uyğunlaşdıqca və onların texniki imkanları kifayət qədər inkişaf etdikcə buna nail olmaq getdikcə çətinləşir". 

O deyib ki, sonda uğur qazana bilməyən Rusiya “yarımçıq razılaşmalara” gedə bilər.

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
azpolitika.info

1Mənbələr