AZ

“Telegram” bağlanıb, mobil internet yoxdur... Putinin ideoloqundan internetlə bağlı çağırış

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın böyük şəhərlərində mobil internet demək olar ki, işləmir. Üstəlik, təkcə mobil deyil, evlərdəkli, ofislərdəki internetdə də tez-tez kəsintilər qeydə alınır və ümumilikdə internetin sürəti azaldılır. Kreml bütün bunları “təhlükəsizlik tədbirləri” ilə izah edir.

Son məlumatlara görə isə Rusiyada “Telegram” praktik olaraq işləmir - həm mobil tətbiq, həm də veb versiyasında. Mütəxəssislər hesab edirlər ki, “Telegram”-ın bloklanması artıq başlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə "Kommersant" qəzeti ekspert rəylərinə və "Sboy.rf" xidmətinin statistikasına istinadla məlumat yayıb.

Rusiya IP ünvanlarına malik istifadəçilər mesaj göndərərkən əhəmiyyətli gecikmələr barədə məlumat verirlər: bəzən bir neçə dəqiqə gözləməli olurlar. Fayl yükləmələri tez-tez donur, mobil və ev internet bağlantıları arasında keçid getdikcə ağırlaşır. Müxtəlif bloklama metodlarından istifadə edildiyi üçün yavaşlama dərəcəsi regiona görə dəyişir. İnternet istifadəçiləri kütləvi olaraq problemlər barədə məlumat verirlər.

Bu arada "Rus Dünyası"nın əsas ideoloqlarından biri, “Putinin filosofu” kimi də tanınan Aleksandr Duqin təklif edib ki, insanlar "əsl insan həyatı yaşamağa" başlaya bilsinlər deyə, Rusiyada bütün yay boyunca interneti tamamilə bağlanmalıdır.

O, insanların yay aylarında internetdən ayrılmalı və qışda yenidən internetə girməli olduqlarını deyib.

"Əgər internet tamamilə bağlanarsa, xüsusən də yazda insanlar gəzməyə, görüşməyə, söhbət etməyə, kafe və mağazalara baş çəkməyə, yeni tanışlıqlar qurmağa və əsl insan həyatı yaşamağa başlayacaqlar. Payızın sonlarında onu yenidən yandıra bilərlər. Rusiyada internet ayıların və kəpənəklərin mövsümi dövrlərinə uyğunlaşmalıdır", - Duqin yazıb.

Bundan öncə Duqin Rusiyada cəmiyyət üzərində total dövlət nəzarətinin gücləndirilməsini təklif edib və rusları buna qaçılmaz bir reallıq kimi yanaşmağa çağırıb. Onun sözlərinə görə, bunun xarici qüvvələr tərəfindən deyil, ölkənin öz hökuməti tərəfindən həyata keçirilməsi daha yaxşıdır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
azpolitika.info

1Mənbələr