AZ

Xaçmazda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı qeyd olunub (FOTO)

Bakı.Trend:

Xaçmaz rayonunda Strateji Obyektlərin Mühafizəsi DövlətAgentliyinin (SOMDA) əməkdaşlarının peşə bayramı günü təntənəlişəkildə qeyd olunub.

Tədbir iştirakçıları öncə Xaçmaz şəhərinin mərkəzində yerləşənÜmummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə güldəstələri düzüblər.

Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısıElnur Rzayev Agentliyin əməkdaşlarını peşə bayramı münasibətilətəbrik edib, onlara xidməti fəaliyyətlərində yeni uğurlararzulayıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu sahədə həyatakeçirdiyi genişmiqyaslı islahatlar nəticəsində Strateji ObyektlərinMühafizəsi Dövlət Agentliyinin maddi-texniki bazası xeyligücləndirilib. Terror-təxribat cəhdlərinin qarşısının alınması vəəməkdaşların peşəkarlığının artırılması istiqamətində mühüm işlərgörülüb. Hazırda ölkəmizdə strateji obyektlərin, xüsusilə ixracboru kəmərlərinin mühafizəsi və təhlükəsizliyi tam təminolunur.

Digər çıxış edənlər də SOMDA əməkdaşlarına səmimi təbrikləriniçatdırıblar.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup əməkdaş XaçmazRayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Seçilən
25
1
az.trend.az

2Mənbələr