Bakı. Trend:
“2006-cı ildə hekayəmiz “PAŞA Sığorta”nın təsis edilməsi iləbaşladı”. Bu barədə “PAŞA Holding”in Direktorlar Şurasının sədrmüavini Mir Camal Paşayev bildirib. Beləki, 2006-cı ildə təsis olunan “PAŞA Sığorta” bu gün fəaliyyətinin20 illik yubileyini qeyd edir. Şirkət bu dövr ərzində Azərbaycansığorta bazarının aparıcı iştirakçılarından biri kimi mövqeyinidavamlı olaraq gücləndirib və müştərilər üçün etibarlı, dayanıqlısığorta mühitinin formalaşmasına nail olub.
Son 20 il ərzində “PAŞA Sığorta” korporativ və fərdi müştərilərdaxil olmaqla ümumilikdə 3 milyona yaxın müştəriyə xidmət göstərib.Şirkət bu müddət ərzində həm biznes tərəfdaşlarının, həm də fərdimüştərilərin etibarını qazanaraq ölkənin sığorta sektorundaetibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirir. Fəaliyyət dövrüərzində “PAŞA Sığorta” minlərlə müştərinin həyatına müsbət təsirgöstərib, onların ən çətin və həssas anlarında maliyyətəhlükəsizliyinin təmin olunması istiqamətində etibarlı tərəfdaşkimi çıxış edib.
“20 il ərzində “PAŞA Sığorta”nın inkişaf strategiyasının əsasınımüştəri yönümlülük prinsipi təşkil edib. Biz daim müştərilərimizinehtiyaclarını daha yaxşı anlamağa və onlara etibarlı, yüksəkkeyfiyyətli xidmət təqdim etməyə çalışmışıq. Bu gün həyatakeçirdiyimiz rəqəmsal transformasiya təşəbbüsləri, süni intellektvə data əsaslı yanaşmalar, eləcə də Insurtech həllərinin tətbiqisayəsində sığorta xidmətlərini daha sürətli, daha əlçatan vəeffektiv formata gətiririk. Məqsədimiz texnologiya və innovasiyanınimkanlarından istifadə edərək müştərilərimiz üçün daha yüksək dəyəryaratmaq və onların etimadını uzunmüddətli tərəfdaşlıqladoğrultmaqdır”, – deyə “PAŞA Sığorta”nın baş icraçı direktoruNiyaz İsmayılov bildirib.
Bu gün “PAŞA Holding”ə daxil olan “PAŞA Sığorta” 700 minə yaxınkorporativ və fərdi müştəriyə 36 növ könüllü və icbari sığorta üzrəxidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi “PAŞASığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini “BBB”,maliyyə dayanıqlılığı reytinqini isə “B++”, proqnozu isə “Sabit”səviyyəsində təsdiqləyib.
Yarandığı ilk gündən “PAŞA Sığorta” cəmiyyətin rifahı üçün birçox sosial layihələr həyata keçirir. Uşaqların təhsili, ölkəidmanına dəstək, sağlamlıq təşəbbüsləri və mədəni irsin qorunmasıistiqamətində layihələr şirkətin sosial missiyasının əsasını təşkiledir. Bununla yanaşı, “PAŞA Sığorta” ölkə və qlobal gündəmdə başverən proseslərə uyğun olaraq sosial fəaliyyətini daim aktual vəprioritet mövzulara uyğunlaşdırması ilə də fərqlənir. Pandemiyadövründə səhiyyə işçilərinə dəstəyin göstərilməsi, Kubadan peşəkarhəkimlərin ölkəmizə cəlb edilməsi, Vətən müharibəsindən təsirlənənailələr və uşaqlar üçün psixoloji və sosial proqramların həyatakeçirilməsi bu mövqeyin bariz nümunələrindəndir.