Kiyev, 16 mart, AZƏRTAC
Ukrayna yeni FP-7 ballistik raketlə sınaq zərbələrinə başlayır.
AZƏRTAC xəbər verir ki, “Fire Point” şirkətinin həmtəsisçisi Denis Ştilerman Ukraynanın yeni FP-7 raketinin ilk uçuşunu artıq etdiyini və onu Rusiya hədəflərinə qarşı sınaqdan keçirməyə başladığını bildirib.
Onun sözlərinə görə, FP-7 300 kilometrə qədər mənzilə malik Amerikanın ATACMS raketinin analoqudur, lakin ondan təxminən iki dəfə ucuzdur. Bununla belə, Amerika versiyası Ukrayna raketindən daha kompaktdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev