AZ

Nikol Paşinyan: “Əfv olmayacaq”

ain.az, Ayna portalına istinadən məlumat verir.

"Əəfvlə azadlığa buraxılanların böyük bir hissəsi ilk üç ay ərzində cəzaçəkmə müəssisələrinə qayıdır"

“Ermənistanda əfv planlaşdırılmır. Lakin şərti azadlığa buraxılma sisteminin inkişafı bu ehtiyacı ödəməlidir”. AYNA.AZ “Armenpress”ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Vayk sakinləri ilə “Mülki Müqavilə” Partiyasının nümayəndələri arasında keçirilən görüşdə bildirib.

"Mən də bir vaxtlar həbsdə oldum və əfvlə azadlığa buraxıldım. Amma bu, beynəlxalq ictimaiyyətin təzyiqi altında qəbul edilmiş siyasi qərar idi. Əfvlə bağlı bu akt fərdi xüsusiyyətləri nəzərə almır. Əfv şərtlərinə cavab verən hər kəsi azadlığa buraxır. Əvvəlki təhlilimiz göstərir ki, əfvlə azadlığa buraxılanların böyük bir hissəsi ilk üç ay ərzində cəzaçəkmə müəssisələrinə qayıdır. Ədliyyə Nazirliyinə şərti azadlığa buraxılma sistemini bu məsələni həll edə biləcək nöqtəyə qədər inkişaf etdirməyi və aktivləşdirməyi tapşırmışam. Çünki şərti azadlığa buraxılma sistemi hər bir məsələni fərdi olaraq, hər bir işi ayrıca nəzərdən keçirir. Məqsədim normal, qanuni həyata qayıtmağa hazır olan insanları azadlığa buraxmaqdır”, - deyə Paşinyan vurğulayıb.

Baş nazir bildirib ki, "şərti azadlığa buraxılanların sayını çox tez bir zamanda artıracağıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
ayna.az

1Mənbələr