AZ

Ekvador kartellərlə mübarizəyə 75 min əsgər və polis ayırdı

Ekvador hökuməti 75 mindən çox polis və əsgərini ölkədə cinayətkarlıq səviyyəsinin ən yüksək həddə olduğu dörd əyalətinə yerləşdirib.

News365.az xəbər verir ki, bu barədə Ekvadov Daxili İşlər naziliyi məlumat yayıb. 2023-cü ildən vəzifəyə gələn Prezident Daniel Noboa cinayətkarlıqla mübarizəni gücləndirsə də bu əks effekt vermişdi. Belə ki, 2025-ci ildə Ekvadorda cinayətkarlar tərəfindən öldürülən insan sayı rekord həddə çatmışdı.

Qeyd edək ki, cinayətkarlara qarşı daha təsirli mübarizə aparmaq məqsədi ilə Ekvador  ABŞ-ın rəhbərlik etdiyi cinayətkar kartellərlə mübarizə ittifaqına qoşulub.

Seçilən
18
news365.az

1Mənbələr