Masada az yer tutduğu üçün ölçüsü kiçik olan səmənilərin alıcısı daha çoxdur. Qabıqlı qozun 1 kiloqramı marketlərdə 6-9, bazarlarda isə 5-8 manatdır. Qoz ləpəsinin qiyməti isə məhsulun keyfiyyətinə görə 16-26 manat arasında dəyişir. Zaqatala şabalıdının bir kiloqramı 8-9 manatdır. Novruz süfrələrinin vazkeçilməzi olan innabın qiymətində artım müşahidə olunur. Marketlərdə ölçüsü iri olan innabın bir kiloqramı 12-15 manatdır. Bazardan isə 8-10 manata da innab almaq mümkündür. Cənnət xurmasının bir kiloqramı marketdə 10, bazarda 8-9 manatdır. İydə iri marketlərdə alıcılara 10 manata təklif olunur. Bazarda və kənd təsərrüfatı məhsullarının satışı ilə məsğul olan yarmarkalarda isə qiymət 7-9 manat arasında dəyişir. Marketlərdə qabıqlı fındıq 9, badam isə 8 manatdır. Bazarda isə bu qiymət müvafiq olaraq 8-6 manatdır. Piştaxtalarda xurma çeşidi çox olduğu üçün qiymət də fərqlidir. Marketlərdə və bazarlarda 7 manatdan tutmuş 19 manata kimi xurma var.Meyvənin qiyməti isə keyfiyyətindən asılıdır. Bazarda ən ucuz almanın kiloqramı 1 manatdır. Beş manata da alma var.
Armudun bir kiloqramı 2-5, portağalın kiloqramı 2 manatdır. Ananasın bir ədədi 6-7 AZN-dir. Banan və heyva almaq istəyənlər hər kiloqram üçün 3 manatlarından keçməlidirlər. Piştaxtalar rəngarəngliyi ilə göz qamaşdırır. İstəsən, quş südü də tapa bilərsən. Puluna minnət...Səbinə Hüseynzadə / Metbuat.az