AZ

Şahmar Əkbərzadə adına Beynəlxalq mükafatın laureatları məlum oldu

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vektor Beynəlxalq Elmlər Akademiyasının 2001-ci ildən etibarən ənənəvi olaraq hər il təltif etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının 2025-ci il üçün laureatlarının adları Mükafat komissiyası tərəfindən açıqlanıb.

Komissiyanın sədri, Vektor Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadənin 525.az-a bildirdiyinə görə, builki laureatların siyahısı Ted Hughes (İngiltərə), Akif Əhmədgil, Arzu Nehrəmli, Vasif Qurbanzadə və Dəyanət Osmanlıdan ibarətdir.

Xatırladaq ki, görkəmli Azərbaycan şairinin adını daşıyan bu beynəlxalq mükafat 26 ildir ki, hər il bir nəfər görkəmli xarici ölkə şairinə və tanınmış şair və ədəbiyyatşünaslarımıza təqdim edilir.

Hər il mükafat alan şairlərin kitabları Vektor Beynəlxalq Elmlər Akademiyası tərəfindən yayınlanaraq oxuculara hədiyyə olunur.

İndiyə qədər Yavuz Bülənt Bakilər, İmdat Avşar, Mehmet Nuri Parmaksız (Türkiyə), Nadırbek Alımbekov (Qırğızıstan), Muxtar Şaxanov (Qazaxıstan), Əli Daşqın (Güney Azərbaycan), Orhan Aras (Almaniya), Vladimir Boyarinov (Rusiya), Aleksandr Navrotski (Polşa), Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Vahid Əziz, Azər Turan, Rəşad Məcid, Adil Mirseyid, Paşa Qəlbinur, Çingiz Əlioğlu, Qulu Ağsəs, Musa Urud, Vaqif Bəhmənli, Tofiq Abdin, Nizami Cəfərov, Əjdər Ol və digər şair və ədəbiyyatşünaslar bu mükafata layiq görülüblər.

“Vektor” Beynəlxalq Elmlər Akademiyası tərəfindən indiyə qədər mükafat laureatlarının 106 adda kitabı yayınlanaraq oxuculara hədiyyə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
525.az

1Mənbələr