AZ

İran XİN Zelenskini yeni münaqişəyə ölkələri cəlb etməkdə ittihamETDİ

İran Ukrayna prezidenti Volodimir Zelenskini yeni münaqişəyə ölkələri cəlb etməyə çalışmaqda ittiham edib.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinq zamanı açıqlama verib.

Onun sözlərinə görə, Zelenski Ukrayna münaqişəsində qarşısına qoyulan məqsədlərə nail ola bilmədiyi üçün digər ölkələri də qarşıdurmaya cəlb etməyə çalışır.

“Ukrayna xalqı artıq dörd ildir ki, ölkəni qaçılmaz müharibəyə aparan və bu yolu davam etdirməkdə israr edən bir şəxsin təsiri altındadır. Qarşısına qoyulan məqsədlərə nail ola bilmədiyini nəzərə alsaq, o, hər dəfə başqa ölkələri də münaqişəyə cəlb etməyə çalışır”, – deyə Bəqai bildirib.

İran rəsmisi qeyd edib ki, Tehran Ukrayna münaqişəsində heç bir rol oynamayıb və bu prosesə müdaxilə etməyib. Onun sözlərinə görə, İranın guya Ukraynadakı müharibədə iştirak etdiyi ilə bağlı ittihamlar əsassızdır.

“Onlar İranın guya Ukrayna münaqişəsində iştirak etdiyini iddia edirlər. Bu cür açıqlamalar yalnız vəziyyəti daha da mürəkkəbləşdirir”, – deyə XİN nümayəndəsi vurğulayıb.

Bəqai əlavə edib ki, Zelenski Ukraynanı İranla qarşıdurmaya da cəlb etməyə çalışır. Onun fikrincə, Kiyev ABŞ və İsrailin İrana qarşı “təcavüzündə” iştirak edərsə, beynəlxalq məsuliyyət daşımalı olacaq.

Nuriyyə NATİQQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr