AZ

Orhan Gencebay xəstəxanaya yerləşdirildi

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin tanınmış sənətçisi Orhan Gencebay xəstəxanaya yerləşdirilib.

Hafta.az xəbər verir ki, 81 yaşlı sənətçi yüksək hərarət səbəbindən xəstəxanaya aparılıb.

Həkimlər tərəfindən koronavirus şübhəsi ilə müalicə olunan Gencebayın vəziyyəti nəzarət altındadır.

Sənətçi İstanbulda yerləşən “Medicana Zincirlikuyu” xəstəxanasına yerləşdirilib. Bildirilib ki, ehtiyat tədbiri olaraq hospitalizasiya edilən Orhan Gencebayın müalicəsi hazırda xəstəxanada davam etdirilir.

Qeyd edək ki, müalicə prosesi zamanı sənətçinin həyat yoldaşı Sevim Emre, ailə üzvləri və yaxınları onu tək qoymurlar. Həyat yoldaşı mediaya açıqlamasında bildirib ki, sənətçinin durumu yaxşıdır.Musavat.com 

Seçilən
18
hafta.az

1Mənbələr