
ABŞ-nin müttəfiqləri, Amerikanın İrana qarşı əməliyyatı aşağı intensivlikli rejimə endirsə belə, Yaxın Şərqdəki mövcud münaqişənin sentyabr ayına qədər davam edəcəyini gözləyirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı Vaşinqtonla müttəfiq olan üç ölkədəki hökumət mənbələrinə istinadla məlumat yayıb.
Portal qeyd edir ki, Ağ Ev rəsmiləri tərəfindən əvvəllər elan edilən müxtəlif müddətlərə əsasən, Vaşinqton əməliyyatın dörd-altı həftə davam edəcəyini gözləyirdi. Bu baxımdan, 1 aprel (əməliyyatın 33-cü günü) ABŞ üçün dönüş nöqtəsi ola bilər.