AZ

Müctəba Xameneinin kəşfiyyat məlumatlarında Trampı güldürən fakt

İranın yeni Ali Lideri Müctəba Xamenei homoseksualdır. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti yazıb.

ABŞ kəşfiyyatı ötən həftə Müctəba Xameneinin gey ola biləcəyi ilə bağlı ABŞ Prezidenti Donald Trampa məruzə edib. Həmçinin bildirilib ki, atası Ayətullah Əli Xamenei bu səbəbdən onu İslam Respublikasını idarə etmək üçün uyğun hesab etməyib.

“Tramp kəşfiyyat məlumatları ilə tanış olduqda gülməkdən özünü saxlaya bilməyib. Otaqdakı digər rəsmilər də mövzunu əyləncəli hesab edərək prezidentə qoşulublar. Yüksək vəzifəli kəşfiyyat rəsmisi isə günlərdir ki, bu barədə gülür”, – deyə mənbə qəzetə bildirib.

Üç mənbə bildirib ki, bu ittiham Amerika kəşfiyyat orqanları tərəfindən etibarlı hesab olunur və 8 martda atasının yerinə ali lider seçilən 56 yaşlı Müctəbanın etibarlılığını sarsıtmaq üçün nəzərdə tutulan yalan məlumat deyil.

TheRadar

Belə ki, kəşfiyyat məlumatları onun uşaqlıq müəllimi ilə uzunmüddətli cinsi əlaqədə olduğunu göstərir.

Müctəbanın cinsi oriyentasiyası ilə bağlı şayiələr İranda ən azı 2024-cü ilin may ayında o vaxtkı prezident İbrahim Rəisinin ölümünə səbəb olan helikopter qəzasından bəri gəzir. İbrahim Rəisi Ali Rəhbər vəzifəsinə Xameneinin üstünlük verdiyi namizəd idi.

Qeyd edək ki, İranda homoseksuallıq qanunsuzdur.//“Unikal” 

Seçilən
17
2
nocomment.az

3Mənbələr