AZ

İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi

BAKI, 16 mart. TELEQRAF

“Barselona”nın ulduz futbolçusu Robert Levandovski növbəti mövsüm karyerasını Türkiyədə davam etdirə bilər.

Teleqraf Polşa mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu ilə “Beşiktaş” və “Fənərbağça” yaxından maraqlanır.

İddialara görə, İstanbul klubları arasında Levandovskiyə daha yüksək təklif edən tərəf “Beşiktaş”dır. Polşalı hücumçu Türkiyəyə transfer olunacağı təqdirdə iki illik müqavilə qarşılığında 40–50 milyon avro gəlir əldə edə bilər. Bu məbləğə təxminən 10 milyon avro imza pulu, mövsümə görə isə 15–20 milyon avro maaş daxildir.

Levandovski “Barselona”da illik təxminən 21 milyon avro maaş alır. Komandanın ən çox qazanan futbolçularından biri olması amili yayda onunla yolların ayrılması ehtimalını artırır.

Qeyd edək ki, Robert Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. Onun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır.

Seçilən
20
teleqraf.com

1Mənbələr